Mən
Mən Könül Yazar.
Yazıram...
Həm həqiqət, həm yalan..
Həm göz yaşı, həm gülüş..
Mən Könül Yazar..
Sadəcə yazıram...-
Ən son yazılar
Kateqoriyalar
Calendar
İyun 2012 M T W T F S S « Apr 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 My face…
Twitlerim..
- Blogumu konuyazar.com u cox sevirem! cunki ona ureyim ne isyetir deyirem o da kime lazimdi ona deyir. meni... fb.me/28MxGJTBm 1 minute ago
Category Archives: Bədii
Sən kimsən?
Sən kimsən? Mənim nəyimsən? Canımmısan, sevgilimmisən, yarımmısan, həyatımmısan, düşmənimmisən, dostummusan, sevincimmisən, ağrımmısan, həkimimmisən, özümmüsən? Nəyimsən? Sən kimsən axı? Sən kimsən?
Bir uşaq…
Bir uşaq gəldi dünyaya… Bir uşaq… Bütün uşaqlar kimi sağlam, yaraşıqlı, bapbalaca, gözəl, qapqara, şipşirin, toppuş, əlləri yumuq-yumuq, saçları qıvrım-qıvrım, gözləri qonur-qəhvəyi, burnu yupyumru, dodaqları ağlamaqdan büzülmüş… Bütün uşaqlar kimi bir uşaq… Bütün uşaqlardan fərqli bir uşaq… Hamıdan fərqli bir … Continue reading
Nədir Həsrət? (atamın acısıyla)
Həsrət ürəklərə sancılan paslı bir xəncərdir. Həsrət sağalda bilmədiyimiz xəstəlikdir. Həsrət havası buludlu bir iqlimdir. Hər gün yağış yağır o iqlimdə gözdən. Şimşək çaxır qəlbdə. Fırtına olur. Qasırğa dağıdır bütün qəlbi. Və məhv olur hər şey…
Xoş gəldin qəlbim…
Salam mənim sevgi dolu qəlbim. Sevgi dolu dünyama xoş gəldin. Mən səni çoxdan gözləyirdim dünyamda. Onu kəşf etdiyim ilk gündən səni axtarırdım ki, səni böyük kəşfdən dolayı təbrik edim. Axı sənə borcluyam hər şeyi. Sən deyilmiydin məni bezdiyim zaman sakitləşdirən.
O getdi…
O getdi… Həmişəlik… Heç gəlməmişdi ki…
Baxıram dənizə…
Baxıram dənizə… Hava çox soyuqdu. Bombozdu hər yer. Maraqsızdı, mənasızdı bir zamanlar mənə mənalı görünən hər şey. Təbiətdə anlamadığım bir üsyan var, Çox yad görünür şəhər, Sanki ilk dəfəyəm bu şəhərdə, Sanki hər şey təzədir və dəniz kənarında soyuq hava … Continue reading
Peşmançılıq..
Bu gün səninlə ilk ən böyük savaşım idi. İlk dəfədir ki, mənə belə ağır şəkildə söydün. Daha doğrusu təhqir elədin. İlk dəfədir ki, üzünə telefon qapadım. İlk dəfədir ki, telefonumu söndürərək yatacam bu gecə. İlk dəfədir ki, səni görmək istəmirəm… … Continue reading
Sənə gəldim…
Sənə gəldim sevgiylə yar, zülmətimi nur et deyə. Sənə döndüm sevgiylə yar, işığımı gur et deyə. *** Günahım tövbəmdən çoxdu, savabım işə yaramaz, Mən səni bildim də gəldim, savabımı var et deyə.
Qəzəl
Səni sənə yar etmədim, məndə yar olasan deyə. Yarım qalmış bu könlümdə giriftar olasan deyə.
