“Kimdir Fahişə” romanından parçalar. Fahişənin gündəyliyindən bir hissə. “Sevmək acı çəkməkdir əslində”

… 02:00, 23. 07. 2010… Saat gör neçədir və mən hələ də gündəliyimdə sənə nəsə yazıram… Kül mənim başıma, hə?  Nolsun ki, fahişəyəm.. Fahişə sevə bilməzmi ki..  

Bilirsən, sevmək acı çəkməkdir əslində.. Yanında olsa belə acı çəkmək. Sevdiyi üçün narahat olmaq və öz mənindən əl çəkmək. Əgər birini sevirsənsə ona olan sevgindən hər şeyi eliyə bilərsən. Namusundan da əl çəkə bilərsən, əvvəlki vərdişlərindən də, özündən də, hətta bakirəliyindən də. Əvvəl sənin üçün müqəddəs olan şey sevgin üçün adiləşə bilər və sənin müqəddəsin sadəcə sevgin və sevdiyin olar. Bunu məndən yaxşı heç kim bilə bilməz deyə düşünürəm. Sevginin müqəddəsləşməsi və keçmişin adiləşməsi… Amma yəgin ki, mənim kimi sevən hamı bunun hiss etmişdir. Yadındadımı, səninlə Şəmkirə gedəndə sənə dedim ki, vaxt varıydı mən oğlanlarla danışmırdım belə. Onda səni tanısaydım üzünə belə baxmazdım. Sənsə qayıtdın ki, indi gör nələr eliyirsən. Əslində bir az duruxdum o an, amma sənə hiss elətdirmədim.  Çünki deyəcəkdin ki, səni incitmək üçün deməmişəm. Bilirdim ki, məni incitmək üçün deməmişdin, amma bəzən insanın özüylə, keçmişiylə, əməlləriylə üzləşməsi gərəkdir. Və onda insan yanlış və doğru etdiklərinin hesabını verməlidir özünə. Məndə də elə olmuşdu o gün. Çox düşünmüşdüm o gündən sonra. Hələ də düşünürəm… Sən yenə qayıtdın Türkiyəyə onda və mən tək qaldım. Düşünmək üçün çoxlu vaxtım oldu. Bilmirdim, keçmişimmi doğruydu, yoxsa indi ürəyimin istədiyi kimi yaşadığım üçün xoşbəxtmi olmalıydım? Nəyin doğru olduğunu doğrudan bilmirdim.. Və indi də düşünəndə o zaman  nəyin doğru olduğunu seçə bilmirəm. Amma içimdə nələrinsə parladığını, üzümün güldüyünü, sənin məni qucaqladığında rahat bir nəfəs aldığımı və dünyanı vecimə almayacaq qədər hüzurlu olduğumu hiss eliyirdim. Və onda nə doğru vecimə olurdu, nə də yanlış. Səndə necəydi bilmirəm, amma etiraf etməliyəm ki, məndə beləydi. Bəzən düzdü, çox ağlayırdım, yanlış yolda olduğumu düşünürdüm. Amma nədənsə bu yol yanlış olsa da əl çəkmək mümkün deyildi sanki. Çünki tiryakisi olduğum yolun yeganə sakini sən idin. Və mən o narkotiki içimə çəkdiyim üçün xoşbəxt idim bəlkə də. Narkotikdən ayılanda insanı böyük bir peşmançılıq bürüyür adəta. Mən bəlkə də səndən ayılanda duyduğum o peşmançılıq üçün xoşbəxt idim. Səninlə günahların ən böyüyünü, iyrəncliyin ən çirkinini, yalanların ən pisini, oğraşlığın ən adisini yaşadığım üçün xoşbəxt idim bəlkə də… Doğrularımı yanlışlarıma çevirdiyim  üçün xoşbəxt idim bəlkə də… Sevgi bu olsa gərək. Dedim axı, müqqəddəsin parçalanıb yox olduğu, sevginin müqqəddəsin olduğu anda başlayır insan sevməyə… Mənim kimi… Amma mən bilmirdim o sevginin məni fahişə eliyəcəyini.. Sənin qucağından başqa qucaqlarda yatacağımı.. Doğurdan bilmirdim… Nəysə bu gecə çox yazdım deyəsən.. Çox yalnızam… Oğraş da atdı mənə, gəlmədi, gedim yatım. Gecən xeyrə..

Könül Yazar.

This entry was posted in Roman and tagged , , , , , , , . Bookmark the permalink.

5 Responses to “Kimdir Fahişə” romanından parçalar. Fahişənin gündəyliyindən bir hissə. “Sevmək acı çəkməkdir əslində”

  1. yaxşı yazıya oxşayır.davamını gözləyək

  2. mence heçbir sevgi qadini oz bakireliyini qurban vermeye deymez..ama maraqli yazidi ardi hevesle gozleyecem )))

  3. N says:

    Cox beyendim….Indi adina yarasdirmadigim vetende “milli fahisheler” coxdur…Teessuf ki, “insanlar-milli kishiler” “qehreman analar-ismetli qadinlar” deyil, “milli fahishler” yaradir…..

  4. Bilirsən, sevmək acı çəkməkdir əslində.. Yanında olsa belə acı çəkmək. Sevdiyi üçün narahat olmaq və öz mənindən əl çəkmək……..
    Ardinin da maraqli olacagina subhem yoxdu…

  5. T says:

    “SEVGI” adindan gorunduyu kimi – muqeddes bir hiss… bu hiss insani o qeder xosbext edir ki, butun dunya onun gozunde daha da gozellesir. Ancaq sevginin gozu kordur deyirler,,, bu dogru olsa da yanlis weyleri etmeye haqq qazandirmir. Bu muqeddesliyi qoruyub-saxlamaq vacibdir. Kimleri bunu bacarir, kimlerse bacarmadigi ucun yalnis yollari secir… Maraqlidi,,,tskler,,,

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s